“Naxçıvanqaz” İstehsalat Birliyi payız-qış mövsümünə hazırlıqlara başlayıb

175

NUHÇIXAN xəbər verir ki, “Naxçıvanqaz” İstehsalat Birliyində 2018-2019-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlərə başlanıb.  İstismara yararsız vəziyyətə düşən qaz xətləri və avadanlıqlar mütəxəssislər tərəfindən   müəyyən edilərək yenilənir.  Həmçinin, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülür. Artıq bir neçə istiqamətdə qaz şəbəkələrində olan sızmalar  aradan qaldırılıb. Təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilib. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının  smart-kart tipli qaz sayğacları ilə əvəz olunması işləri intensivləşib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: