“Sərhəd” hərbi-idman oyununun Naxçıvan şəhər mərhələsinə yekun vurulub

80

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında Naxçıvan şəhərindəki tam orta məktəblərin komandaları arasında keçirilən “Sərhəd” hərbi-idman oyununun Naxçıvan şəhər mərhələsi başa çatıb.

NUHÇIXAN xəbər verir ki, 4 komandanın iştirak etdiyi hərbi-idman oyununda komandalar sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, kəndirin dartılması, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülməsi və yığılması, maneələrin dəf olunması, maskalanma və yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi mərhələləri üzrə öz qüvvələrini sınayıblar.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən hərbi-idman oyununun yekun nəticəsinə əsasən, 9 nömrəli tam orta məktəbin komandası I, 15 nömrəli tam orta məktəbin komandası II, 6 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qalib komandalara təşkilatçıların diplomları təqdim olunub.

Qeyd edək ki, I yerin qalibi olan 9 nömrəli tam orta məktəbin komandası Naxçıvan Muxtar Respublikası zona mərhələsində Naxçıvan şəhərini təmsil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: