Ermənistanda gərginlik səngimir

45

Aprelin 26-sı səhər saatlarında Ermənistan müxalifətinin tərəfdarları vətəndaş itaətsizliyi aksiyasını bərpa ediblər.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müxalifətin lideri Nikol Paşinyanın baş nazir seçilməsini tələb edən nümayişçilər Yerevanın bir neçə mərkəzi küçəsini, həmçinin Zvartnos hava limanına aparan yolu bağlayıb.

Yerli KİV-lərin məlumatlına əsasən, ölkənin bir neçə digər şəhərində də yürüşlər və vətəndaş itaətsizliyi aksiyası keçirilir. Hazırda Gümrü şəhərinin Vardanans meydanına yüzlərlə insan toplanıb. Vanadzor, Artaşat və Maralik şəhərlərində də analoji vəziyyət hökm sürür. Etirazlara dəstək verən vətəndaşlar müxalifət lideri Nikol Paşinyanın çağırışı ilə yerli vaxtla saat 12:00-da bütün ölkədə 20 dəqiqə ərzində öz avtomobillərini yollarda dayandırıblar.

Xatırladaq ki, aprelin 23-də Ermənistanın sabiq prezidenti Serj Sarkisyan müxalifətin 10 gün davam edən kütləvi aksiyalarından sonra baş nazir postundan istefa verib. Nazirlər Kabinetinin başçısı vəzifəsinə isə müvəqqəti olaraq baş nazirin birinci müavini Karen Karapetyan təyin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: