Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr olunmuş turnirdə liderlik edir

71

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə liderlik edir.

Naxcivantv.az  xəbər verir ki, martın 2-dən 5-dək davam edəcək yarışların ilk günündə sürətli şahmat üzrə üç tur oynanılıb. Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Svidlerə və hindistanlı Vişvanatan Ananda qalib gəlib, digər Rusiya şahmatçısı Vladimir Kramniklə heç-heçə oynayıb.

Üç turdan sonra Azərbaycan qrossmeysterinin hesabında 2,5 xal var. Sonrakı üç yeri 2 xalla Vişvanatan Anand, Aleksandr Qrişuk və Hikaru Nakamura tutur.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov martın 10-dan 28-dək dünya şahmat tacına iddiaçıların Berlində keçiriləcək turnirində iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: