Naxçıvanda yeni federasiya fəaliyyətə başlayıb

95

Bu gündən etibarən muxtar respublikada  yeni yaradılmış Kikboksinq federasiyası rəsmi şəkildə fəaliyyətə başlayıb.

Naxcivantv.az xəbər verir ki, federasiyasının yaradılması ilə əlaqədar təsis iclası keçirilib. Gənclər və İdman Nazirliyinin əməkdaşları, Gənclər və İdman İdarələrinin rəisləri və kikboksinq üzrə məşqçi-müəllim heyətinin iştirak etdiyi iclasda çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov ölkə idmanının tarixi inkişaf yolundan bəhs edərək hazırda Azərbaycanın beynəlxalq idman arenasında nüfuzlu mövqeyə malik olduğunu bildirib.

Azad Cabbarov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə yaradılan federasiyanın bu sahədə kütləviliyin təmin olunması, fiziki və zehni cəhətdən sağlam, vətənpərvər ruhlu yeniyetmə və gənclərin yetişdirilməsi baxımından əhəmiyyətli olduğunu deyib. O, həmçinin qeyd edib ki, kikboksinq üzrə məşqçi və idmançıların texniki-taktiki və nəzəri hazırlıqlarının daha da gücləndirilməsi, bu sahədə peşəkarlıqlarının artırılması, onların ölkə və beynəlxalq miqyaslı yarışlarda təmsil olunması məsələləri də diqqətdə saxlanılacaq. Əsas məqsədimiz nümunəvi federasiya kimi formalaşmaq və qarşıya qoyulan tapşırıqları əzmlə icra edərək hədəflərimizi gerçəkləşdirməkdir.

İclasda Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması barədə qəbul edilmiş qərar layihəsi diqqətə çatdırılıb. Daha sonra, gündəlikdə duran məsələlər tədbir iştirakçılarının müzakirəsinə çıxarılıb, bu mövzuda məşqçi-müəllimlərin rəy və təklifləri dinlənilib.

Qeyd edək ki, federasiyanın sədri vəzifəsini Azad Cabbarov yerinə yetirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: