Rusiya vətəndaşlığını qəbul edən ermənilərin sayı açıqlanıb

72

2012-2017-ci illərdə Rusiya vətəndaşlığını qəbul edən əcnəbilərin sayı, təxminən, üç dəfə artıb.

Bu barədə NUHÇIXAN RT-yə istinadən xəbər verir.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu rəqəm 95737-dən 257822 nəfərə qədər yüksəlib. Artımın, əsasən Ukrayna, Qazaxıstan, Tacikistan, Ermənistan və Özbəkistandan gələnlər hesabına olduğu göstərilib.

2017-ci ildə Rusiya pasportu ən çox ukraynalılara verilib – 85,119. Bu, beş il əvvəlki göstərici ilə müqayisədə, təxminən, yeddi dəfə çoxdur.

Bu baxımdan ötən il ikinci yerdə Qazaxıstan vətəndaşları (40718 nəfər), üçüncü yerdə isə Tacikistan vətəndaşları (293939) qərarlaşıblar.

Sakinləri Rusiya vətəndaşlığını alan ölkələrin ilk beşliyində həmçinin Ermənistan (25144) və Özbəkistan (23334) da var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: