Rayonlarda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlər təşkil edilib

188

NUHÇIXAN xəbər verir ki,  Yeni Azərbaycan Partiyası Culfa və Sədərək Rayon Təşkilatlarında 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib.

Yeni Azərbaycan Partiyası Culfa Rayon təşkilatında keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə çıxış edib. Qeyd edib ki, bu gün ümummilli ldierimiz Heydər Əliyevin  adı ilə bağlıdır. Çünki Ulu Öndər hələ 1991-ci il 16 dekabrda bu günün qeyd edilməsi ilə bağlı rəsmi qərar verib.

Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının şura üzvü Kəmalə Səfərova və Təhsil şöbəsinin müdiri Mehdixan Əliyev 2001-ci ildə  Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsinin tarixi əhəmiyyətindən danışıblar.   

Həmin gün Sədərək rayonunda keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov çıxış edib. Bildirib ki, Ulu öndərin bütün dünya azərbaycanlılarını birləşdirmək üçün qərar verdiyi “31  Dekabr-Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü”nün  Azərbaycan  Respublikası  vətəndaşları    bütün  dünya  azərbaycanlıları  tərəfindən  hər  il  ümummilli  bayram  kimi  qeyd  edilməsi artıq  xoş  bir ənənəyə  çevrilib. 

Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyevanın, Qaraağac kənd ilk partiya təşkilatının sədri Oğuz Əliyevin və Partiyanın fəal üzvü Aygün Həsənbəylinin  mövzu ətrafında  çıxışları olub.

Tədbirin  sonunda  “31-Dekabr  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü”nə həsr edilən film  nümayiş  edilib.

                                                                                         Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: