Culfa rayonunun  gəncləri mükafatlandırılıb

383

NUHÇIXAN xəbər verir ki, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Culfa rayonunun ictimai həyatında və idman sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi olub.  Tədbirdə rayonun ictimai həyatında və idman sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Culfa rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümüd Həsənli və digərləri dövlət-gənclər siyasətinin muxtar respublikada uğurla həyata keçirildiyini bildiriblər.

Daha sonra Rayonun ictimai həyatında və idman sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirdə Rayon Mədəniyyət  şöbəsinin müsiqi kollektivi konsert proqramı ilə çıxış edib.

                                              Vüsal Muradov  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: