ABŞ-ın molekulyar biologiya mütəxəssisləri insanları və heyvanları A qripinin demək olar ki, bütün ştamlarından qoruyan universal nanovaksinin ilk prototipini yaradıblar. NUHÇIXAN-ın məlumatına görə, onlar nanohissəciklərin strukturunda dəyişiklik edərək yağ komponentlərini virusun digər zülal komponentləri ilə əvəz ediblər.
Siçanlar üzərində aparılan təcrübə göstərib ki, yeni vaksin gəmiriciləri virusların həm epidemik versiyasına, həm də daha nadir növlərinə aid qrip ştamlarının ölümcül dozalarından qoruyub.
Növbəti eksperimentlər və bu nanohissəciklərə virusun digər elementlərinin əlavə edilməsi, insanı təkcə nadir və A növ viruslardan deyil, qripin bütün növlərindən qorumaq iqtidarında olan təsirli universal vaksin yaratmağa imkan verəcək.