Almaniyada kibertəhlükəsizlik agentliyi yaradılacaq

134

Almaniya hökuməti İnnovasiyalar və Kibertəhlükəsizlik üzrə agentlik adlanacaq yeni milli struktur yaradır.

NUHÇIXAN “belta.by” resursuna istinadla xəbər verir ki, yeni qurumun yaradılması üzərində ölkənin Müdafiə və Daxili İşlər nazirlikləri çalışır. İsrail və ABŞ təcrübəsindən istifadə ediləcək agentliyin formalaşdırılması ilə bağlı son razılaşma avqustun 15-nə təyin olunub.

Agentliyin kibertexnologiyalar sahəsində məhsulların hazırlanması ilə məşğul olan şirkətlərin fəaliyyətini izləyəcəyi planlaşdırılır.

Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, ölkə növbəti 2 ildə təhlükəsizliyin təmini üçün bu sahədə tədqiqatlara təxminən 50 milyon avro yatırmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: