Qızdırmanı salmaq üçün ən sadə və asan üsul

279

Qış mövsümü əsas da müxtəlif viruslarla yadda qaldı. Bu xəstəliklərin başlıca əlaməti isə qızdırmadır.

NUHÇIXAN xəbər verir ki, qızdırmanı (38-38,5 C qədər) bütün mağazalarda çox ucuz qiymətə satılan soda ilə də salmaq mümkündür.

Bunun üçün bir stəkana isti su tökün (təxminən 70 C). Üzərinə bir çay qaşığı soda əlavə edib yaxşı qarışdırın. Su otaq temperaturuna düşəndə için. Bu məhlulu gündə 3 dəfə fasilələrlə içə bilərsiniz. Uşaq üçün yaşından asılı olaraq 1/4-1/2 ç.q. soda götürülür.

Həzm sistemi xəstəlikləri, allergiya, hamiləlik zamanı bu məhlulu istifadə etmək olmaz.

Həmçinin soda məhlulu ilə iltihab zamanı boğazı da yumaq olar.

Onu da xatırladaq ki, istər uşaqlarda, istərsə də böyüklərdə 38 dərəcəyədək hərarət olarsa, dərmanlardan istifadə etmək doğru deyil. Orqanizmin qoruyucu mexanizmi olan qızdırma immun sisteminin fəaliyyətini və maddələr mübadiləsini stimullaşdırır ki, nəticədə orqanizm viris və infeksiyalarla daha effektli şəkildə mübarizə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: