“Qarabağ” – “Arsenal” oyununun hakimləri açıqlanıb

163

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ”ın İngiltərənin “Arsenal” komandasına qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Daniele Doveri ilə Mixael Fabri əlavə köməkçi, Fabiano Preti isə 4-cü hakim olacaq.

Qeyd edək ki, görüş saat 20:55-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: