İspaniyalı alimlər ahıl insanların qoxusuna qarşı ətriyyat yaradıblar

166

Alimlər müəyyən ediblər ki, ahıl insanlar üçün səciyyəvi olan qoxu artıq 30 yaşdan sonra yaranmağa başlayır.

NUHÇIXAN xəbər verir ki, İspaniyanın Ali Elmi Tədqiqatlar Şurasından alınmış məlumata görə, orqanizmin qocalması ilə əlaqədar hormonal dəyişikliklər və dəridəki lipidlərin çoxalması nəticəsində lipid təbəqəsinə xas olan piy turşuları təbii yolla oksidləşdikdə əmələ gələn molekulların sayı artır.

Ali Elmi Tədqiqatlar Şurasının üzvü olan bir kimyaçının başçılıq etdiyi “Prima-Derm” qrupu ahıl adamlara xas olan qoxunu “deaktivasiya edən” ətir yaradıb. Bu ətirin tərkibindəki xüsusi maddələr 2-nonenal molekulunun ətrafında xüsusi kapsul yaradır.

Tədqiqatçılar onu da qeyd edirlər ki, insan yaşa dolduqca onun iybilmə funksiyası zəiflədiyinə görə ahıl insanlar özləri bu qoxunu hiss etmirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: