Qara çay sümük zəifləməsinin qarşısını alır

193

Qara çayın tərkibində olan maddələr bağırsaq mikroflorasına yaxşı təsir göstərir, çəkinin azalmasına imkan yaradır.

NUHÇIXAN xarici saytlara istinadən xəbər verir ki, çay qanda xolestronun səviyyəsini aşağı salır. Bununla ürək-damar sisteminin fəaliyyəti stabilləşir, orqanizmdə gedən mübadilə prosesləri tənzimlənir, qaraciyər piylənmədən qorunur. Lakin çayın həmin xüsusiyyətlərindən faydalanmaq üçün onu qəndsiz, şirniyyatsız və heç bir qatqı olmadan içmək lazımdır.

Yapon alimlərinin qara çay barədə verdiyi açıqlamalar da maraq doğurur. Onlar hər gün 20 stəkan çay içməyin sağlamlıq üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.

Qara çayın tərkibində olan antioksidantlar yaşlılarda sümük əriməsi və zəifləməsi kimi xəstəliklərin qarşısını alır və sümük toxumasına zərər verən maddələri yox edir. Alimlər həmin xəstəlikdən yaxa qurtarmaq üçün üç gün ərzində 60 stəkan çay içməyi məsləhət görüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: