Mətbuat xidmətində işləmək istəyənlər esse yazıblar  

545

Sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün bu il iyun ayının 1-də elan edilmiş müsabiqənin esse imtahanı mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən   məlumata görə, müsabiqədə 20 namizəd iştirak edib. Keçid balını toplayan 5 nəfər esse mərhələsində iştirak etmək hüququ qazanıb. Onlardan 4 nəfər isə müvafiq keçid balını toplayıb.

Qeyd edək ki, imtahan başlamazdan əvvəl iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılıblar. Esse yazmaq üçün onlara 60 dəqiqə vaxt verilib.  Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb.

İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusu təqdim edilib.

Yazı işləri yoxlanılarkən daha çox fikirlərin məntiqi ardıcıllıqla ifadə edilməsi, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyəti, fikrin məntiqi, aydınlığı, ədəbi dilin normaları nəzərə alınmaqla iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndirilib.

İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: