Prezident İlham Əliyev Omanın Sultanı Qabus bin Səidə təbrik məktubu ünvanlayıb.
NUHÇIXAN-ın məlumatına görə, təbrik məktubunda deyilir:
“Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.