Nizami Alıyevin 60 illik yubileyi qeyd olunub

229

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas Nizami Alıyevin 60 illik yubileyi qeyd olunub.

Tədbiri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva açaraq muxtar respublikada sənət adamlarına göstərilən yüksək dövlət qayğısından danışıb.

Vurğulanıb ki, Nizami Alıyev Naxçıvanın dekorativ-tətbiqi sənət nümunələrini, eləcə də qədim memarlıq və monumental sənət abidələrini tədqiq edib, Naxçıvan abidələrinin öyrənilməsi ilə əlaqədar təşkil olunan bütün elmi ekspedisiyalarda fəallığı ilə seçilib. Azərbaycanda ilk dəfə olaraq ebru sənətinin tədrisi də məhz Nizami Alıyevin adı ilə bağlıdır.

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayev, Xalq rəssamı, professor Hüseynqulu Əliyev və sənət dostları yubilyarı təbrik ediblər. Yubilyara hədiyyələr  təqdim olunub.

Sonda yubilyar Nizami Alıyev elmə və elm adamlarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və minnətdarlığını bildirib.

Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: