Ordubadda film nümayiş olunub

112

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Azərbaycan kinosu günü” layihəsi çərçivəsində Naxçıvan Dövlət Film Fondu Ordubad rayon mədəniyyət evində  “Dərvişin qeydləri” filmini nümayiş etdirib.

Rejissoru Eldar Quliyev, senari müəllifləri Eldar Quliyev və İlqar Fəhmi, operatoru YuriVarnovski olan film 2013-cü ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilib.

Azərbaycan kinosu tarixində tarixi-detektiv janrda çəkilmiş olan film 19-cu əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutunun başa çatdığı ərəfədə baş verən hadisələri özündə əks etdirir.

Film tamaşaçılar  tərəfindən maraqla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: