Ordubad rayonunda monitorinqlər aparılıb

209

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Ordubad rayonu ərazisində monitorinqlər  aparıblar.                                                       

Monitorinqlərə Ordubad Rayon Mərkəzi Xəstəxanasından başlanılıb. Xəstəxanada tibbi tullantıların  idarə olunması,  ekoloji və  sanitar qaydaların vəziyyəti araşdırılıb.

Kotam kəndi ərazisindəki bərk məişət  tullantıları poliqonunda  aparılan monitorinqlər zamanı məlum olub ki, poliqonda dezinfeksiya tədbirləri vaxtı–vaxtında aparılmır. Nazirliyin əməkdaşlarının tövsiyyəsindən sonra ərazidə  dezinfeksiya tədbirləri görülüb.

Rayondakı su anbarlarından  və Ordubad çayından da nümunələr götürülərək  səyyari analizlər aparılıb.                                      

Monitorinqlər digər rayonlarda da davam etdiriləcək.

                                               Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: