Ordubad rayonunda monitorinqlər aparılıb
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Ordubad rayonu ərazisində monitorinqlər aparıblar.
Monitorinqlərə Ordubad Rayon Mərkəzi Xəstəxanasından başlanılıb. Xəstəxanada tibbi tullantıların idarə olunması, ekoloji və sanitar qaydaların vəziyyəti araşdırılıb.
Kotam kəndi ərazisindəki bərk məişət tullantıları poliqonunda aparılan monitorinqlər zamanı məlum olub ki, poliqonda dezinfeksiya tədbirləri vaxtı–vaxtında aparılmır. Nazirliyin əməkdaşlarının tövsiyyəsindən sonra ərazidə dezinfeksiya tədbirləri görülüb.
Rayondakı su anbarlarından və Ordubad çayından da nümunələr götürülərək səyyari analizlər aparılıb.
Monitorinqlər digər rayonlarda da davam etdiriləcək.
Novruz Məmmədov