Naxçıvanda ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edilib.
NUHÇIXAN-ın məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Nazir qeyd edib ki, Naxçıvanda çox uğurlu əməliyyat keçirilib:
“Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Artıq Laçına gedən yola da ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.
Z.Həsənov bildirib: “Bizim məqsədimiz ordunu müharibəyə hazırlamaqdır. Siyasi danışıqlar bizim işimiz deyil. Bu gün Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi azad etməyə qadirdir”.