Naxçıvanda vakant dövlət qulluğu vəzifələri müsabiqəyə çıxarıldı

125

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.

Müsabiqəyə ümumilikdə 294 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb.

Naxcivantv.az komissiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, müsabiqəyə çıxarılan vakant iş yerləri mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, eləcə də muxtar respublikanın məhkəmələrini əhatə edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 5 mart 2018-ci il tarixdən 5 aprel 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında (www.dqmk.nmr.az) elektron xidmətlər bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər elektron ərizəni təsdiq etmək məqsədilə müvafiq qaydada müəyyən olunmuş məbləği Komissiyanın “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödəməli və ödənişə dair qəbzi Komissiyaya təqdim etməlidirlər. Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir. Namizəd bir neçə dövlət orqanında vakant olan vəzifələrin tutulması üçün müraciət edə bilər.

Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar. Maraqlananlar Komissiyanın (036)545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] internet saytı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: