Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

233

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsində vətəndaşlara göstəriləcək tibbi xidmətlərə bayram güzəştləri ediləcək. Tədbir dekabr ayının 15-dən başlayacaq və 2019-cu il yanvar ayının 15-dək davam edəcək. Ay ərzində vətəndaşlara göstəriləcək tibbi xidmətlərə 20 faiz həcmində güzəştlər olunacaq.

Vətəndaşlar bu müddətdə Diaqnostika Müalicə Mərkəzində həyata keçirilən tibbi xidmətin bütün növlərindən-o cümlədən ambulator, KT, MRT, rentgen, ultrasəs, laborator müayinələrdən yararlana bilərlər. Pasiyentlərə ay ərzində stasionar müayinə-müalicə təminatı da verilir. Onlar həmçinin stomatoloji, cərrahi xidmətlərlə əhatə ediləcək və fizioterapiya təminatı alacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: