Akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

166

Dekabrın 17-18-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda IX beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, Biologiya və Tibb Elmləri Bölməsi, Beynəlxalq Fotosintez Cəmiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə nüfuzlu alimlərin fotosintez prosesinin və hidrogen enerjisinin tədqiqi ilə bağlı məruzələri dinləniləcək, müzakirələr aparılacaq.

Görkəmli alimin 90 illik yubileyi münasibətilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Akademik Cəlal Əliyev qiraətləri”nin keçirilməsi də nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: