Naxçıvanda taksilər texniki müayinədən keçirilib

418

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən taksilərin texniki müayinəsini həyata keçirir. Bunun üçün xidmətin mütəxəssislərindən ibarət texniki müayinə komissiyası yaradılıb.

Texniki müayinə zamanı avtonəqliyyat vasitələrinin əyləc sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, şüşə silgəcləri və şüşəyuyanlar, təkərlər, mühərrik, tibb çantası, qəza üçbucağı və konstruksiyanın digər ünsürləri yoxlanılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin əməkdaşları  sürücülərə yanğınsöndürmə balonundan istifadə qaydalarını izah ediblər.

Müayinə zamanı texniki tələblərə cavab verməyən avtonəqliyyat vasitələrində aşkar olunan nöqsanlar aradan qaldırıldıqdan sonra sərnişin  daşınması ilə  məşğul olmasına icazə verilib.

Prosesə oktyabr ayının 3-dən başlanıb. Artıq Naxçıvan şəhəri üzrə sərnişindaşıma fəaliyyəti göstərən taksilərin texniki müayinəsi yekunlaşdırılıb, rayonlar üzrə taksilərin texniki müayinəsi isə oktyabrın 9-dək davam edəcək.

                                                      Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: