Akademik İsa Həbibbəyli beynəlxalq forumda çıxış edib

234

Qırğızıstanın Çolpon-Ata şəhərində “Çingiz Aytmatov və müasir dövrün çağırışları” adlı üçüncü Beynəlxalq İssık-Kul Forumu davam edir.

NUHÇIXAN xəbər verir ki, tədbirə dünyanın 25 ölkəsindən 160-dan çox tanınmış siyasətçi, ədəbiyyatçı, futuroloq, kinotənqidçi, rəssam, müxtəlif sahələri əhatə edən alim və tədqiqatçı qatılıb.

Ölkəmizi bu nüfuzlu forumda Azərbaycan Milli Məclisinin elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, Çingiz Aytmatovun tədqiqatçısı Mehman Həsənov, professor, kulturoloq Fuad Məmmədov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov təmsil edir.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Forum çərçivəsində bu nüfuzlu tədbirin fəxri qonaqları sırasında İsa Həbibbəyli ilə də görüşüb.

Humanizm, müasir iqtisadi problemlər, xalqların milli və mədəni dəyərlərinin qorunması məsələlərinin də müzakirə olunduğu Forumda belə tədbirlərin keçirilməsinin əhəmiyyəti haqqında İsa Həbibbəyli, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, qazax yazıçısı Oljas Suleymenov, Rusiya Federasiyasının Tatarıstan Respublikası Baş nazirinin müavini Leyla Fazlieva, Başqırdıstan Baş nazirinin müavini Fanzil Çınqızov və digər şəxslər çıxış edib.

İsa Həbibbəyli Çingiz Aytmatovun Azərbaycanda da çox sevildiyini bildirib, bu böyük yazıçının bir çox əsərlərinin Bakıda Azərbaycan dilində çap olunduğunu diqqətə çatdırıb. 2008-ci ildə böyük yazıçının 80 illik yubileyinin Bakıda yüksək səviyyədə keçirildiyini, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Çingiz Aytmatov ölkənin “Dostluq” ordeni ilə təltif edildiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: