Naxçıvanda sabaha olan hava proqnozu

134

Naxçıvan Muxtar Respublikasında dekabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə zəif duman müşahidə olunacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° isti, dağlıq ərazilərdə 3-5° şaxta, gündüz 6-11° isti olacağı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: