Naxçıvanda İtaliya və Koreya dil kursları fəaliyyət göstərir

291

NUHÇIXAN xəbər verir ki, bu gün muxtar respublikamızın bütün orta ixtisas məktəblərində və ali təhsil müəssisələrində xarici dillər mütəmadi şəkildə  tədris olunur. Muxtar respublikanın 214 ümumtəhsil məktəbində şagirdlərə 1,  161-ində isə 2 xarici dil öyrədilir. Bu addım  şəhər məktəbləri ilə yanaşı, rayonları və hətta ən ucqar dağ kəndlərini belə əhatə edir.

Əcnəbi dillərə peşəkar şəkildə yiyələnmək üçün Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Xarici Dillər fakültəsində 363-ü xarici dillər üzrə olmaqla, ümumilikdə, 445 tələbə təhsil alır. Fakültədə tələbələrə ingilis, fransız, alman, rus, ərəb və fars dilləri tədris edilir. Universitetdə xarici ölkələrlə müəllim-tələbə mübadiləsi aparılır. Buraya müxtəlif ölkələrin universitetlərindən mütəxəssislər dəvət olunur.  Tələbələr üçün həmçinin Koreya dili üzrə  kurslar da təşkil edilir.

Müasir dövrdə beynəlxalq aləmdə ünsiyyət və rabitə üçün çox yaxşı vasitə hesab edilən rus dilinin tədrisi də diqqətdə saxlanılır. Belə ki, Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə dərslər rus dilində keçirilir.

Xarici dillərin öyrənilməsi istiqamətində aparılan işlərdən biri də müxtəlif dil kurslarının təşkilidir. Cari ilin iyun ayının 1-dən Naxçıvan şəhərində ilk dəfə olaraq İtaliya və Koreya dilləri üzrə kurslar açılıb. Dərsləri həmin ölkələrdə təhsil alan mütəxəssis tədris edir.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: