Naxçıvanda insan alverinə qarşı mübarizə tədbirlərinə həsr olunan təlim başa çatıb

250

Naxçıvanda Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün insan alverinə qarşı mübarizə sahəsində keçirilən silsilə təlimin dekabr ayı üçün nəzərdə tutulan mərhələsi başa çatıb.

NUHÇIXAN xəbər verir ki, təlimdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Elnur Zellabdinov, Tural Bayramov və Həmid Muxtarlının “Tənzimlənməyən miqrasiya və ya insan alverinə baxış”, “Beynəlxalq təriflər”, “Milli qanunvericilik”, “Miqrasiya Məcəlləsi və Milli Fəaliyyət Planı 2014-2018”, “İnsan alveri göstəricilərinə giriş”, “İnsan alverinin 3 mərhələsi” mövzularında məruzələri dinlənilib, təqdimatlar olub və mövzu ətrafında müzakirələr aparılıb.

“Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialların artırılması” layihəsi çərçivəsində təşkil edilən təlimin əsas məqsədi insan alverinə qarşı mübarizə və insan alveri qurbanlarının müdafiəsi üzrə fəaliyyətin daha səmərəli aparılması istiqamətində imkanların artırılmasıdır.

Dekabrın 19-da başlayan üçgünlük təlimdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 əməkdaşı, həmçinin xidmətin təlimçi qismində nəzərdə tutulmuş 3 əməkdaşı iştirak edib.

Təlimçi və təlimat vəsaitinin müəllifi, müstəqil ekspert John Linehan və BMqT-nin Azərbaycandakı nümayəndəliyində layihə assistenti Könül Cəfərova təlimlərdə iştirak ediblər.

Sonda təlimin iştirakçılarına sertifikatlar təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: