Babəkdə seminar olub

205

NUHÇIXAN xəbər verir ki, Babək Rayon Mərkəzi Xəstəxanasında mama-ginekoloqlar üçün seminar təşkil olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva, nazirliyin tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi pediatrı İbrahim Ağayev, Naxçıvan Doğum Mərkəzinin sahə mama-ginekoloqu Vüsalə Babayeva mövzu ilə bağlı çıxışlar ediblər.

Sonra Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Asiman Yusifov belə seminarların səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm əhəmiyyəti olduğunu vurğulayıb.

Sonda Babək rayonunun səhiyyə müəssisələrində fəaliyyət göstərən mama-ginekoloqların iştirak etdikləri tədbirdə müzakirələr aparılıb, suallar cavablandırılıb.

                                                                                                        Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: