Naxçıvanda bayram namazları qılınıb

377

Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayının başa çatması münasibətilə Naxçıvan şəhərindəki Sarvanlar, Came, Pirqəmiş, Kazım Qara Bəkir Paşa Məscidlərində bayram namazları qılınıb.

NUHÇIXAN xəbər verir ki, bayram namazında minlərlə dindar iştirak edib. Ramazan bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından bayram namazında iştirak edənlərə şirniyyatlar paylanılıb. Muxtar respublikamızın rayonlarındakı məscidlərdə də bayram namazları qılınıb, dualar  oxunub, şirniyyatlar paylanılıb.

                                 Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: