Kolumbun Amerikanın kəşfi barədə məktubunun nadir nüsxəsi Vatikana qaytarılıb

227

ABŞ səfiri Kallista Qinqriç cümə axşamı Xristafor Kolumbun XV əsrin sonlarında yazdığı məktubunun ilk nüsxələrindən birini Vatikan kitabxanasına təhvil verib.

NUHÇIXAN xəbər verir ki, sözügedən nümunə Vatikanın apostol kitabxanasından oğurlanaraq saxtası ilə əvəz olunmuşdu.

“Associated Press”in məlumatına görə, bu, son illər ərzində geri qaytarılan üçüncü belə məktubdur.

Bu, Kolumbun 1493-cu ilin aprelində İspaniya monarxları Ferdinand və İzabelleyə ispan dilində yazdığı orijinal məktubun üzü köçürülmüş onlarla nüsxəsindən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: