Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclərlə maarifləndirici təlim olub

162

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclər Mərkəzində BMT Uşaq Fondunun və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə muxtar respublikanın ali və orta ixtisas məktəblərinin tələbələrinin iştirakı ilə “Dayanıqlı inkişaf məqsədlərinin gənclər vasitəsilə təbliği” mövzusunda maarifləndirici təlim keçirilib.

Tədbirdə BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Edvard Karvardin çıxış edərək bildirib ki, Naxçıvanda olduğu qısa zaman çərçivəsində burada gənclərin inkişafına yönəlmiş geniş imkanların yaradıldığının şahidi olub.

BMT-nin Azərbaycandakı Ofisində humanitar proqramlar üzrə analitik Elgün Tağıyev çıxışında keçirilən təlimin əhəmiyyətindən danışıb, gənclərin bu sahədə fəallığının təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.

Təlimi BMT-nin Gənclər üzrə Məşvərət Şurasının üzvləri Şəhla Mirzəzadə və İlkin Əliyev aparıblar. Əvvəlcə gənclərə təlimin ilkin anlayışlarını izah edən yazılı testlər təqdim olunub, bir neçə intellektual xarakterli oyunlar keçirilib. Bundan başqa, təlim müddətində gənclərə 17 dayanıqlı inkişaf məqsədləri barədə ətraflı məlumat verilib, onların fikir və mülahizələri dinlənilib, maraq doğuran suallara aydınlıq gətirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: