Anadolu qəzetlərində ümummilli lider Heydər Əliyevlə bağlı  məqalələr təqdim edilib

130

NUHÇIXAN xəbər verir ki, Türkiyənin İğdır qəzetinin təsisçisi və baş redaktoru  Ərhan Hacıqasımoğlunun Ümumilli liderimizin anım günü münasibətilə qələmə aldığı “Heydər Əliyevi hörmətlə xatırlayırıq” başlıqlı  məqaləsi  “İğdır”, “Pusula” və Ərzincanda yüksək tirajla  nəşr edilən “Doğu” qəzetlərində yer ayırıb. 

Məqalədə Azərbaycan xalqının ümummmilli lideri olan Heydər Əliyevin həyatı və  siyasi fəaliyyəti ilə bağlı ətraflı məlumat verilir. Müəllif  Türk dünyası üçün gördüyü işlər, yaratdığı dostluq əlaqələrinə  görə onu tarixi türk sərkərdələri və dövlət başçıları Atilla, Bilgə xaqan, Çingizxan, Toğrul bəy, Sultan Məhmət Fateh, Mustafa Kamal Atatürklə müqayisə edir. Ulu öndəri Azərbaycan xalqının xilaskarı və azərbaycanlıları Sovet rejimindən qurtararaq yenidən müstəqilliyə qovuşduran bir dahi kimi təqdim edir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: