Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO

1. 401

Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində keçirilən “Avropa günləri”ində iştirak etmək üçün muxtar respublikaya gələn Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirib, Naxçıvan şəhərində “Avropa günləri”nin keçirilməsini muxtar respublikaya olan etimadın və tədbirlərin yüksək səviyyədə keçirilməsinə inamın ifadəsi kimi dəyərləndirib. Muxtar respublikanın ərazisi, əhalisi, idarəetmə quruluşu və sosial-iqtisadi inkişafı haqqında qonaqlara ətraflı məlumat verən Ali Məclisin Sədri təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Ali Məclisin Sədri blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada inkişafın təmin olunduğunu bildirib, Naxçıvan şəhərində “Avropa günləri”nin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib, əməkdaşlığın davam etdiriləcəyinə inamını ifadə edib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan şəhərində “Avropa günləri”nin keçirilməsi üçün yaradılan şəraitə və səmimi qəbula görə minnətdarlıq edib. Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdən danışan qonaq Naxçıvan Muxtar Respublikasının inkişafının, xüsusilə təhsil sahəsində qazanılan nailiyyətlərin böyük məmnunluq doğurduğunu və əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.

Finlandiyanın səfiri xanım Arya Makkonen, Danimarkanın səfiri Svend Olinq, Yunanıstanın səfiri Nikolas Kanellos, Macarıstanın səfiri Viktor Szederkenyi, Bolqarıstanın səfiri Nikolay Yankov və Belçika Krallığının səfiri Bert Skufs Naxçıvanda olmaqdan məmnunluqlarını bildirib və əməkdaşlıq imkanlarını diqqətə çatdırıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: