Türkiyənin məşhur “Evim AVM” firması Naxçıvanda

2. 223

NUHÇIXAN xəbər verir ki, Türkiyənin məşhur “Evim AVM” firması Naxçıvanda fəaliyyətə başlayıb.

3 mərtəbəli alış-veriş mərkəzinin açılışında çıxış edən türkiyəli iş adamı Halef Kızılay və digərləri bildiriblər ki, “Evim AVM” ticarət mərkəzi Naxçıvan Muxtar Respublikasında sahibkarlığın və xidmət sektorlarının inkişafına göstərilən dövlət qayğısının bariz nümünəsidir. Qeyd olunub ki, biz türkiyəli sahibkarlar olaraq  burada fəaliyyət göstərdiyimiz 10 il müddətində hərtərəfli şəraitlə əhatə olunmuşuq. Bunun nəticəsidir ki, Turkiyənin iş adamları Naxçıvanla sıx əlaqələr quraraq, iqtisadiyyatın müxtəlif sahələrində təmsil olunurlar.

Vurğulanıb ki, “Evim AVM”də müştərilərə yüksək kefiyyətli mebel dəstləri, elektronik əşyalar, xalça məmulatları, yataq dəstləri və başqa məişət əşyaları təklif olunur. Məişət əşyaları yüksək standartlara uyğun olaraq 50-dən çox firma  tərəfindən istehsal edilir.

Müasir Ticarət Mərkəzi Naxçıvan şəhərinin Təbriz küçəsində yerləşir. Evim məhşur “Koton” firmasından sonra Naxçıvanda öz alış-veriş mərkəzini açan daha bir məhşur brenddir.

                                          Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: