Naxçıvan Musiqi Kollecində qarşıda duran vəzifələr müzakirə edilib

207

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Musiqi Kollecində 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Bununla əlaqədar keçirilən yığıncaqda kollecin direktoru Günay Əliyeva bildirib ki, hazırda əyani şöbədə 11 ixtisas üzrə 480, qiyabi şöbədə 4 ixtisas üzrə 26 tələbə təhsil alır. İl ərzində tələbələrin dərsə davamiyyəti, hazırlıq səviyyələri vaxtaşırı yoxlanılıb, qarşıya çıxan problemlər aradan qaldırılıb. Tədris planına uyğun olaraq buraxılış kurslarından musiqi müəllimliyi ixtisasının tələbələri Naxçıvan Qızlar Liseyi və 12 nömrəli tam orta məktəbdə, digər ixtisaslar üzrə IV kurs tələbələri isə uşaq musiqi məktəblərində təcrübədə olublar.

Qeyd edilib ki, kollecdə istedadlı gənclərin üzə çıxarılması, onların ifaçılıq qabliyyətlərinin artırılması məqsədilə tələbələrin mütəmadi solo konsertləri keçirilib.  Gənc ifaçıların muxtar respublika müsabiqəsində musiqi kollecinin müxtəlif ixtisaslar üzrə 70-ə yaxın tələbəsi iştirak edib. Onlardan 13-ü 1-ci, 18-i 2-ci, 3-ü isə 3-cü yerlərə layiq görülüb.

Günay Əliyeva 2019-cu ildə  qarşısında duran vəzifələrdən ətraflı danışıb və bildirib ki, kollektiv bundan sonra da ixtisaslı musiqiçi kadrların yetişdirilməsində və təhsilin səviyyəsinin artırılmasında əzmlə çalışacaq.

Yığıncaqda digər çıxış edənlər görülən işlər barədə məlumat veriblər.

                                                       Əbülfəz  Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: