“Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında xarici dillərdə məqalələr yaradılıb

121

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Dünya Azərbaycanlıları Gəncləri Təşkilatının nəzdində fəaliyyət göstərən “WAY Wiki Team”ın əməkdaşlığı uğurla davam edir.

MEK-dən NUHÇIXAN-a bildiriblər ki, əməkdaşlıq çərçivəsində Azərbaycanın Milli qəhrəmanları İsgəndər Aznaurov və Mehdi Abbasov haqqında Ukrayna, ərəb, fransız, yunan dillərində olan “Vikipediya”larda məqalələr yaradılıb. Məqalələrdə Milli qəhrəmanlarımızın həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, Azərbaycanın Milli qəhrəmanları haqqında digər dillərdə də məqalələrin yaradılması nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: