Naxcivan- 2018 davam edir

71

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan Naxçıvan-2018 Beynəlxalq Şahmat Festivalında ikinci tura start verilib.   Beynəlxalq əmsalına görə ən reytinqli şahmatçıların yer aldığı “A” qrupunda maraqlı qarşılaşmalar oynanılır.

NUHÇIXAN xəbər verir ki, turnirin ikiqat qalibi Eltac Səfərli iranlı Xəlil Seyid Musəvi ilə qarşılaşır. Əmsalına görə yarışın 3 nömrəsi Qədir Hüseynov isə  ağ fiqurlarla Türkiyə təmsilçisi Vahap Sanala qarşı oynayır. Digər iddialı şahmatçılarımızdan Nicat Məmmədov iranlı Araş Təhbazla görüşür. Naxçıvan şahmatçılarına gəlincə ilk turu qələbə ilə bitirən beynəlxalq qrossmeyster Urfan Sevdımalıyev bu dəfə qara fiqurlarla İspaniya təmsilçisi Oleq Korneyevə rəqib olub. Mübarizəyə heç-heçə ilə başlayan FİDE ustası Sadiq Məmmədov rusiyalı Aleksandr Yevdokimovla,  ilk turu xalsız başa vuran şahmatçılarımızdan Toğrul Həsənzadə Nərmin Xələfovayla, Pərviz Qasımov isə  Aytən Əmrəyevayla qarşılaşıb.

Muxtar respublikamızı “B” qrupunda təmsil edən 38 şahmatçı isə ikinci xal üçün mübarizə aparır.

12 yaşadək şahmatçıların yer aldığı “C” qrupunda 150-dən çox şahmatçı kimin daha yaxşı olduğunu aydınlaşdırır. Yerli idmançıların yarışdığı bu qrupda Naxçıvan, Bakı və Gəncə şahmat məktəblərinin yetirmələri ilk turdakı uğurun davamını gətirməyə çalışır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: