Naxçıvanda keçirilən hərbi parad Çin saytlarında - FOTOLAR

77

Ötən il Naxçıvanda keçirilən hərbi paradın nümayişi təkcə yaxın ölkələrin internet resurslarında və rəsmi saytlarında yer almayıb. Hətta uzaq Çində  belə sosial şəbəkələrdə bu məsələ müzakirə olunur.

Çinin www.xw.qq.com saytı hərbi paradın naxcivantv.az saytındakı  şəkillərini yerləşdirib  və izləyicilər bu möhtəşəm keçidlə bağlı rəylər bildiriblər. Yazılarda qeyd olunur ki,  18 oktyabr da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ilk hərbi  hissəsinin yaranmasının 25-ci ildönümü və milli müstəqillik gününə  həsr olunmuş böyük hərbi parad keçirilib. Şəkildəki beretli, günəş gözlüyü, qulaqlıq taxan və müxtəlif kamuflyajlı silahlar,  hücum tüfəngləri olan bu döyüşçülər çox gözəl görünür.  Hərbi parada 2,000 əsgər, 160-dan çox zirehli texnika  və silah sistemləri, o cümlədən 10-dan çox helikopter və təyyarə cəlb edilib. Tədbirdə Naxçıvan Muxtar  Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənov  iştirak ediblər. Rəylərin birində deyilir ki, piyadaların keçidi ilə yanaşı, çox sayda müxtəlif növlü yerüstü döyüş texnikası  dəstləri və onların hərəkəti  çox qüdrətlidir. Rəy yazanlar həmçinin azərbaycanlı zabitlərin geyim dəstləri və əsl  döyüşçülərə məxsus soyuqqanlı sifət cizgilərinin  çox yüksək səviyyədə olduğunu bildirirlər.

Azərbaycan ordusunun piyada bölməsi çox gözəl olması qeyd edilir. Həmçinin paraddan keçən silahların növləri və qırıcı təyyarələrin , raketlərin möhtəşəmliyi də vurğulanır.

NUHÇIXAN həmin görüntüləri təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: