“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən NUHÇIXAN-a verilən məlumata görə, bu ilin oktyabr ayında dəmir yolu nəqliyyatı vasitəsilə ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 26 min 940 ton müxtəlif təyinatlı yük, Ordubad-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 15 min 636 sərnişin daşınıb.
Ötən dövrdə vaqonlarda və lokomotivlərdə cari təmir işləri görülüb, Culfa Lokomotiv Deposunda lokomotivlər 5 dəfə texniki baxışdan keçirilib, baş və stansiya yollarında təmir işləri aparılıb. Payız-qış mövsümündə idarə və strukturlarda fasiləsiz və sabit iş rejiminin təmin olunması məqsədilə qərargah yaradılıb, tədbirlər planı hazırlanıb, istismarda olan lokomotiv və sərnişin vaqonları, maşın-mexanizmlər mütəmadi yoxlanılıb, yanğına qarşı texniki müayinə aparılıb, nöqsanlar aradan qaldırılıb.