“Made in Azerbaijan” brendinin növbəti təqdimatı Polşada olacaq

103

Dekabrın 6-da Polşanın paytaxtı Varşavada “Azərbaycan Ticarət Evi” açılacaq.

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış “Azərbaycan Ticarət Evi” “Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, Polşada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Xatırladaq ki, Avropada ilk “Azərbaycan Ticarət Evi” bu ilin iyulunda Latviyanın paytaxtı Riqada fəaliyyətə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: