Müsabiqənin qalibləri mükafatlandırılıb

133

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyində “Muxtar respublikanı necə tanıdırıq” mövzusunda dəyirmi masa təşkil olunub.

Bildirilib ki, gənclərimiz muxtar respublikanın turizm sahəsinin inkişafında fəallıq göstərir, sosial şəbəkələrdə yaradılan səhifələr və qruplar vasitəsilə Naxçıvanın  geniş təbliğatını aparırlar. Ölkəmizin bir çox informasiya portallarında və sosial şəbəkələrdə “Naxçıvanın turizm imkanları” mövzusuna geniş yer verilir.

Sonra mövzu ətrafında gənclərlə müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə, həmçinin aprel ayından elan olunmuş gənclər arasında “Mən muxtar respublikanın tanıdılması və inkişafı üçün nə etmişəm?” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblərə və fərqlənən iştirakçılara Gənclər və İdman Nazirliyinin diplom, fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

 

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: