Kəngərlidə YAP-ın 26-cı ildönümü qeyd olunub

132

NUHÇIXAN xəbər verir ki, Şahtaxtı kənd mərkəzində YAP Kəngərli Rayon Təşkilatının Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş yığıncağı keçirilib.

Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva bildirib ki, böyük vüsətlə inkişaf yolu keçən, bütün infrastrukturları müasir səviyyədə qurulan Kəngərli rayonu Yeni Azərbaycan Partiyasının xalqın gələcəyi, rifahı və həyat tərzi haqqındakı siyasi kursunu uğurla təcəssüm etdirir.

Yığıncaqda çıxış edənlər Yeni Azərbaycan Partiyasının 26 il ərzində keçdiyi çətin və şərəfəli yoldan bəhs ediblər.

 Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının Kəngərli Rayon Təşkilatında gənc partiya üzvlərinin sayı 1018 nəfər təşkil edir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənclərə üzvilik vəsiqələri təqdim olunub.

                                                            Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: