Millimizin rəqibləri müəyyənləşib

106

Dekabrın 12-də UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, əsas mərhələdən mübarizəyə başlayacaq Azərbaycan milli komandası üçüncü qrupda Slovakiya, ilkin mərhələnin “H” qrupunun qalibi və “G” qrupunda ikinci yeri tutacaq komandalarla qarşılaşacaq.

İlkin mərhələnin “H” qrupunda Finlandiya, Moldova, Uels və Şimali İrlandiya, “G” qrupunda Niderland, Monteneqro, Bolqarıstan və Estoniya milliləri yer alıblar.

Qeyd edək ki, millimizin yer aldığı üçüncü qrupun oyunları 2019-cu il oktyabrın 22-dən 27-dək Bakıda keçiriləcək. Qrupda ilk iki yeri tutan komanda elit-raunda vəsiqə qazanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: