Azərbaycan – Türkiyə Biznes Forumuna muxtar respublikanın nümayəndə heyəti də qatılıb

157

2018-ci ilin 10-11 dekabr tarixlərində Türkiyə Respublikasının Kənd Təsərrüfatı  naziri Bekir Pakdemirin Azərbaycan Respublikasına rəsmi səfəri baş tutub. Səfəri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 11 dekabr 2018-ci il tarixdə hər iki ölkənin iş adamlarının iştirakı ilə kənd təsərrüfatı və qida sənayesi sahəsində Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib. Biznes forumda Azərbaycanın dövlət qurumlarının rəhbərləri, iş adamları, Türkiyədən gəlmiş 65 nəfərlik nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə  Foruma muxtar respublikadan  Nazirliyin “İnvestisiyaların təşviqi və ixraca dəstək şöbəsi”nin əməkdaşı və sahibkarlıq subyektlərindən  “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Ləzzət Qida Sənaye” MMC-nin, “Dekor Qrup” MMC-nin,  “Az-Elektrod” MMC-nin, “Ordubad Qənnadı Məmulatları” MMC-nin, “Badamlı Mineral Sular” MMC-nin, “Çınqıllı-Bulaq” MMC-nin nümayənlədələri qatılıb . 

Biznes-forumda Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasına kənd təsərrüfatı məhsullarının ixracı istiqamətində fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: