Milli Kitabxanada “Adil Babayev – 80” adlı kitab sərgisi açılıb

72

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında filologiya elmləri doktoru, professor, dilçi-alim Adil Babayevin anadan olmasının 80 illik yubileyi münasibətilə “Adil Babayev – 80” adlı sərgi açılıb.

Kitabxanadan NUHÇIXAN-a bildirilib ki, sərgidə alimin Azərbaycan və rus dilində əsərləri, tərtib və redaktə etdiyi kitablar, alim haqqında yazılmış əsərlər, sözlərinə bəstələnmiş mahnıların mətinləri və qəzet-jurnal materialları nümayiş edilir.

100-dən çox kitabın təqdim olunduğu sərgi bir həftə davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: