Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib

68

NUHÇIXAN xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin bir qrup müəllimi Naxçıvan Muxtar Respublikasına gəlib.

Aprelin 28-də qonaqlar Kəngərli rayonuna səfər ediblər.

Qarabağlar Türbə Kompleksi ilə tanış olan qonaqlara abidə haqqında məlumat verilib.

Qonaqlar həmçinin, Şahtaxtı kənd tam orta məktəbində akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, adını daşıyan muzeyə baxıblar. Görkəmli alimin Xatirə Muzeyi ilə tanış olan qonaqlar İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına məktəbin  kollektivi tərəfindən hazırlanmış foto-albomu muzeyə hədiyyə ediblər. Tədbirdə Şahtaxtı kənd tam orta məktəbinin direktoru Sarvan Məmmədov çıxış edərək görkəmli alimin həyat və fəaliyyəti, bir  insan, elm adamı  kimi yüksək mənəvi dəyərlərindən danışıb.

Akademik Zərifə Əliyeva adına məktəbin direktoru Valentina Antonenko bildirib ki, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə onun doğulduğu kənddə adını daşıyan məktəbdə olmaq hər birimiz üçün qürurvericidir. Direktor qeyd edib ki, rəhbərlik etdiyi məktəbdə 2000-ə yaxın şagird təhsil alır. Məktəbin 58 sinifi var. Orada bir çox xarici dillər tədris olunur. Əsas baza olaraq ingilis dili öyrədilsə də, 5-ci sinifdən valideyinlərin seçimi ilə şagirdlər ikinci xarici dili də öyrənməyə başlayırlar. Vurğulanıb ki, biz Naxçıvanda olarkən bir neçə orta ümumtəhsil məktəblərində olduq. Məktəbləriniz müasir və gözəldir. Ən çox xoşumuza gələn isə şagirdlərin vahid  məktəbli forması ilə təmin olunmasıdır.

Valentina Antonenko bildirib ki, direktoru olduğu ümumtəhsil məktəbini Şahtaxtı kənd tam orta məktəbi ilə qırılmaz dostluq əlaqələri bağlayır. Bu gün görkəmli alimin doğum günündə sizin kimi biz də çox sevinc hissi keçiririk. Valentina Antonenko bu səfərin baş tutmasına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova nümayəndə heyəti adından minnətdarlığını bildirib.

Sonra məktəbin şagirdləri tərəfindən Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər bədii qiraət olunub, slayd nümayiş etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: