MDB ölkələri hərbi məqsədlər üçün peyk əlaqəsi haqqında saziş imzalayıblar.
NUHÇIXAN-ın məlumatına görə, peyk əlaqəsi sistemindən istifadə haqqında hökumətlərarası saziş Tuva Respublikasının Kızıl şəhərində keçirilən MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclasında imzalanıb.
“MDB-yə üzv dövlətlərin silahlı qüvvələrinin döyük imkanlarını artırmaq məqsədilə peyk əlaqəsi sistemindən istifadə haqqında hökumətlərarası saziş imzalanıb. Bundan başqa, coğrafi məkan məlumatlarının mübadiləsi sahəsində əməkdaşlıq haqqında da saziş imzalanıb” – deyə MDB Müdafiə Nazirləri Şurasının iclasının yekunlarına dair yayılan birgə məlumatda bildirilib.
Qeyd olunub ki, müdafiə nazirləri MDB ölkələri hava hücumundan müdafiə sistemlərinin birləşmiş sistemləri, birgə əlaqə sistemləri, silahlı qüvvələrin aviasiya uçuşlarının təhlükəsizlik sistemləri və digər sistemlərin gələcək inkişafı haqqında təkliflərə baxıblar.