Naxçıvan şəhərinin vergi əməkdaşları maarifləndirici təlimdə iştirak ediblər

481

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Vergilər İdarəsində “Büdcə təşkilatlarında vergi uçotu”  mövzusunda maarifləndirmə məqsədli təlim keçirilib. Təlim Naxçıvan Şəhərində fəaliyyət göstərən büdcə təşkilatlarının mühasibləri üçün təşkil edilib. Tədbirdə  vergi uçotu və vergi qanunvericiliyi haqqında məlumatlar verilib. Büdcə təşkilatlarında vergi qanunvericiliyinə uyğun vergi uçotunun qurulması, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi, vergi bəyannamələrinin vaxtında vergi orqanlarına təqdim edilməsi və digər mövzularda  çıxışlar olub.

Dinləyicilərə bəyannamə proqram təminatına aid izahat vərəqələri və praktik suallar paylanılıb. Slayd vasitəsi ilə proqram təminatının istifadə qaydaları göstərilib və praktik suallar vasitəsilə də izahatlar verilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Təlimin muxtar respublikanın bütün rayonlarında keçirilməsi nəzərdə tutulub.

 Sahil Məmmədzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: